Bessent: Demokratlar hakimiyyətə gəlsə, Trampın nailiyyətlərini dağıdacaq
ABŞ-ın maliyyə naziri Skott Bessent demokratların Konqresə aralıq seçkilərində uğur qazanacağı təqdirdə Donald Tramp administrasiyasının əldə etdiyi nəticələrin ləğv edilə biləcəyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Bessent bu barədə Cənubi Karolina ştatında seçicilərlə görüşündə danışıb.
Nazirin sözlərinə görə, demokratlar Trampın nailiyyətlərini dağıdacaq, ölkənin cənub sərhədindəki təhlükəsizlik tədbirlərini zəiflədəcək, polisə ayrılan maliyyəni azaldacaq və orta təbəqənin maddi vəziyyətinə zərər vuracaqlar. O, həmçinin xarici işçilərin maraqlarının amerikalıların hesabına qorunacağını iddia edib.
Bessent Avropadakı vəziyyəti demokratların ABŞ üçün nəzərdə tutduğu siyasətin nümunəsi kimi göstərib.
O, çıxışında Fransa və İtaliyada yanacağın bahalaşması, alıcılıq qabiliyyətinin azalması və hökumət siyasətinə qarşı keçirilən etirazları da xatırladıb.
