ABŞ təxminən 100 ölkəyə qarşı rüsum tətbiq edəcək

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent bildirib ki, Vaşinqtonla səmimi ticarət danışıqları aparan ölkələrə qarşı 10 faizlik gömrük rüsumu tətbiq olunacaq. O, bu barədə Bloomberg TV kanalına verdiyi müsahibədə danışıb.
Bessentin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp səmimi danışıqlar aparan ölkələri təşviq etməyi planlaşdırır. “Düşünürəm ki, təxminən 100 ölkəyə minimal, yəni 10 faizlik cavab rüsumu tətbiq olunacaq. Sonrasına baxarıq,” – deyə o əlavə edib.
Nazirin sözlərinə görə, iyulun 9-dək ABŞ-ın digər ölkələrlə bir sıra sazişlər imzalayacağı gözlənilir.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatası Trampın vergi və dövlət xərclərinə dair layihəsini qəbul edib. Təşəbbüsü 218 konqresmen dəstəkləyib, 214 nəfər isə əleyhinə səs verib.