Los-Ancelesdə avtomobil izdihama çırpılıb: 3 nəfər ölüb, 3 nəfər ağır yaralanıb



ABŞ-ın Los-Anceles şəhərinin Nort-Holivud rayonunda metro stansiyasının girişi yaxınlığında avtomobil küçə satıcıları və piyadaların olduğu izdihama çırpılıb. Hadisə nəticəsində ilkin məlumata görə, 3 nəfər həyatını itirib. 

AFN.az xəbər verir ki, Los-Anceles Polis Departamentinin sosial media hesabında yayılan yazılı açıqlamada axşam saatlarında SUV tipli avtomobilin Nort-Holivud rayonundakı metro stansiyasının yaxınlığında toplaşan insanların üzərinə sürdüyü bildirilib.

Açıqlamada ən azı 6 piyadanı vuran avtomobilin sürücüsünün də xəstəxanaya çatdırıldığı və vəziyyətinin ağır olduğu qeyd edilib.

Los-Anceles Yanğınsöndürmə Departamentinin açıqlamasında isə ilkin məlumata görə, 3 nəfərin hadisə yerində həyatını itirdiyi, 3 nəfərin də ağır yaralı vəziyyətdə xəstəxanaya aparıldığı bildirilib.

Los-Anceles Polis Departamentinin rəisi Uorner Kastilyo hadisə yerində keçirdiyi mətbuat konfransında sürücünün 60 yaşlarında olduğunu və hadisə zamanı hər hansı maddənin təsiri altında olub-olmadığını müəyyənləşdirmək üçün lazımi testlərin aparıldığını açıqlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu