Los-Ancelesdə 10-a yaxın adam insanlara atəş açıb – VİDEO


Los-Ancelesdə Pek Parkda atışma baş verib. Təsdiq olunmayan məlumata görə, 10-a yaxın adam insanlara atəş açıb.



Nəticədə azı yeddi nəfər xəsarət alıb. Onlar avtomobil sərgisində iştirak edənlər olublar.

Əldə olan məlumata görə, hazırda üç nəfərin vəziyyəti ağırdır.

Los-Anceles Polis Departamentinin məlumatına görə, bir kişi və bir qadın həlak olublar.

Hadisənin səbəbləri araşdırılır.

Asayiş keşikçiləri hadisəni törədənləri saxlaya bilməyiblər. Hazırda parkın ərazisi mühasirəyə alınıb və cinayət yeri kimi təsbit olunub. Digər təfərrüat məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu