Məktəb meydançasında iki uşağı bıçaqlayan şəxs həbs olundu - VİDEO


Berlin polisi iki məktəbli qıza bıçaqla hücum edən şəxsi həbs edib.


AFN.az-ın məlumatına görə, bu gün Berlində məktəbin həyətində yeddi və səkkiz yaşlı iki uşaq bıçaqlanıb. Hadisə Neukölln ərazisində baş verib. Xəsarət alan məktəbli qızlardan birinin vəziyyəti ağırdır.

Hücum edənin motivləri məlum deyil. Hadisənin baş vermə şəraiti müəyyən edilir. İstintaq qətlləri araşdıran komissiya tərəfindən aparılır, prokurorluq da hadisə yerindədir.

Həmin gün səhər saatlarında 7-ci sinif şagirdi Belqradda məktəbə atəş açıb. Hadisə Vracar rayonundakı "Vladislav Rıbnikar" adına orta məktəbdə baş verib. Yeniyetmə asayiş keşikçisini güllələyərək öldürüb, sonra isə dəhlizdə olan müəllim və tələbələrə atəş açıb.

Yerli medianın məlumatına görə, azı 9 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu