İmişlidə məktəbliləri cərəyan vurub öldürdü


Bu gün İmişli şəhərində iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Hadisə İmişli şəhər Tofiq İsmayılov küçəsində yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb liseyin həyətində olub.

Belə ki, 6 və 8-ci sinif şagirdi olan məktəblilər həyətdəki transformatorun yaxınlığında oynayarkən onları cərəyan vuraraq öldürüb.

Bildirilir ki, cərəyan vuran 6-cı sinif şagirdi həmin məktəbdə oxuyurmuş. 8-ci sinifdə oxuyan digər yeniyetmə isə onlara qonaq gəlibmiş.

Hazırda hadisə yerində prokurorluq və digər qurumların əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu