Qazaxda şagirdlər arasında qız üstündə bıçaqlanma


Qazax rayonunda məktəbdə dərs zamanı bıçaqlanma hadisəsi baş verib.


AFN.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında 2 saylı tam orta məktəbin stadionunda qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi Q.V. mübahisə zəminində 11-ci sinif şagirdi Y.Y.-ni bıçaqlayıb. Hadisəni törədən şəxs saxlanılıb.

İlkin məlumata görə, məktəblilər arasında mübahisə qız üstündə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu