Bakıda məktəbdə oğlan sevdiyi qızı bıçaqlayıb?


Sosial şəbəkələrdə Bakının Xəzər rayonu, 136 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi barədə məlumat yayılıb. Məktəbdə təhsil alan oğlanın sevdiyi qızı bıçaqladığı bildirilir.


“Qafqazinfo” hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza açıqlamasında şagirdlər arasında mübahisə olduğunu təsdiqləyib: “Məsələ araşdırılıb. Məlum olub ki, şagirdlər arasında mübahisə olub. Onların arasında bıçaqlanma olması ilə bağlı iddialar təsdiqini tapmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu