Tramp Hörmüz boğazının adını öz şərəfinə dəyişmək istəyir


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını öz şərəfinə dəyişmək istədiyini yenidən bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Düşünürəm ki, onun adını Tramp boğazı qoyacağıq. Meksika körfəzinin adını Amerika körfəzi ilə əvəz etdik, Ontario gölünü isə Amerika gölü adlandırdıq. Düşünürəm ki, müəyyən vaxtda Hörmüz boğazını da Tramp boğazı adlandıracağıq”, – deyə ABŞ prezidenti bildirib.

Tramp zarafat etmədiyini vurğulayaraq əlavə edib ki, Meksika körfəzinin adını dəyişmək niyyətini ilk dəfə açıqlayanda da çoxları bunu ciddi qəbul etməyib.

ABŞ prezidenti, həmçinin hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft keçdiyini iddia edib. O, İranla münaqişə başa çatdıqdan sonra benzin və neft qiymətlərinin aşağı düşəcəyini vəd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu