"Apple" öz xəritələrində Meksika körfəzinin adını dəyişdi
“Google”dan sonra Amerika texnologiya korporasiyası “Apple” prezident Donald Trampın fərmanına uyğun olaraq ABŞ-dakı istifadəçilər üçün xəritələrində Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.
AFN.az xəbər verir ki, söhbət əksər "Apple" cihazlarında, o cümlədən iPhone, iPad və Mac-da quraşdırılmış xəritələr tətbiqindən gedir. "Apple" hələlik yalnız ABŞ istifadəçiləri üçün körfəzin adını dəyişib, lakin tezliklə onu bütün dünyada istifadəçilərə təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın sonunda inauqurasiyasından qısa müddət sonra Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. Arqument olaraq, Ağ Evin rəhbəri bunun Amerika iqtisadiyyatı üçün əsas əhəmiyyətini qoruyan dünyanın ən böyük körfəzi olduğunu göstərib.