Rusiya Fin körfəzinin adını dəyişmək istəyir
![](/uploads/posts/2023-11/1701260777_owl_detail_620_2ddb7f84cc8dd35e2c5912acfe31073b.jpg)
Dövlət Duması Finlandiyanın Rusiyaya qarşı qeyri-dost hərəkətlərinə cavab olaraq Finlandiya körfəzinin adını dəyişmək istəyib.
RİA Novosti xəbər verir ki, bu təkliflə deputat Oleq Nilov çıxış edib.
“Bu gün Sankt-Peterburqda artıq mənə suallar verirlər ki, qonşumuzun bu münasibətini nəzərə alsaq, niyə bizim sevimli körfəzimiz “Fin” adlansın?” - deyə Nilov bildirib. O, əlavə edib ki, körfəzin adını “Nevski” və ya “Kronştadt” adlandırmaq olar.
“Körfəzə “Nevski” adının qaytarılması təklifi var. 1723-cü ildə I Pyotr fərmanla Kronştadtı qurdu. Buna görə də bu körfəzi “Kronştadt” adlandırdı. Bəli, mən belə təklifləri dəstəkləyirəm”, - deyə deputat vurğulayıb.