Finlandiya hökuməti Rusiya ilə sərhədi tamamilə bağlamağa hazırlaşır


Finlandiya hökuməti Rusiya ilə sərhədləri tamamilə bağlamaq qərarına gəlməlidir.


AFN.az xəbər verir ki, bunu Finlandiyanın baş nazirinin müavini və maliyyə naziri Riikka Purra bildirib.

“Başqa variantımız yoxdur. Sərhəddə heç bir təlaş kömək etməyəcək”, - deyə baş nazirin müavini öz bloqunda yazıb.

Onun sözlərinə görə, miqrant axını Rusiyanın hibrid əməliyyatıdır və bu, Finlandiyanın milli təhlükəsizliyinə qarşı yönəlmiş addımdır.

Bundan əvvəl Finlandiyanın daxili işlər naziri Mari Rantanen də Rusiya hakimiyyətini miqrantları sərhədə daşımaqda günahlandırıb və belə davam edərsə, sərhədlərin tamamilə bağlanacağı ilə bağlı xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu