Finlandiyadan Rusiya ilə bağlı sərt qərar


Finlandiyanın maliyyə naziri və baş nazirin müavini Riikka Purra Rusiya sərhədindəki 9 keçid məntəqəsindən 4-nün bağlanması ilə bağlı dünən qəbul edilən qərarın sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etmədiyi təqdirdə əlavə addımlar atmağa hazır olduqlarını bildirib.


Finlandiyada yayımlanan "Yle TV1" televiziya kanalında "A-Talk" proqramına qatılan Purra bildirib ki, bağlanma qərarı sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etməsə, növbəti addımı atmaq üçün həddi var. "Bu addım bütün şərq sərhədini bağlamaq və sığınacaq tələblərini şərq sərhədindən uzağa cəmləməkdir" - deyə o qeyd edib.

Finlandiya ölkəyə qaçqın axınının qarşısını almaq üçün noyabrın 18-dən etibarən Rusiya ilə sərhədindəki 9 keçid məntəqəsindən 4-nü bağlamağa qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu