Melaniya Tramp Putinə və Zelenskiyə məktub göndərib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsi məktublar ünvanlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Putinə ünvanlanan məktub onun xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev vasitəsilə çatdırılıb.
Məktub Ağ Evdə Kirill Dmitriyevin və Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratovanın iştirakı ilə keçirilən rəsmi mərasimin sonunda təqdim olunub.
Tədbir Oleşkidə əldə olunan son atəşkəs razılaşmasına həsr edilib. Mərasimdə Ukrayna tərəfinin nümayəndələri də iştirak edib. Melaniya Tramp Zelenskiyə ünvanladığı məktubu onların vasitəsilə göndərib.
“Bu tarixi an sona yaxınlaşır. Mən Prezident Putin və Zelenskiyə şəxsi məktublar yazmışam. Xahiş edirəm, bu məktubları mənim adımdan onlara çatdırın”, – deyə Melaniya Tramp bildirib.
