Melaniya Tramp seçkilər zamanı Ağ Evdə prezidentin yanında olmayıb


ABŞ-ın birinci xanımı Melaniya Tramp Konqresə aralıq seçkilərdə səslərin hesablandığı vaxt prezident Donald Trampın yanında Ağ Evdə olmayıb.

AFN.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının nümayəndəsi NBC telekanalına açıqlamasında bildirib.

Qeyd olunub ki, Melaniya Tramp diqqətini Rusiya və Ukrayna arasında aparılan danışıqlara yönəldib.

Məlumata görə, səslərin hesablanması zamanı Tramp ailəsinin heç bir üzvü Ağ Evdə olmayıb. ABŞ prezidenti isə proses zamanı yalnız müşavirləri və administrasiya kabinetinin üzvlərinin əhatəsində olub.

Xatırladaq ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilir. Seçicilər Senatın 100 üzvündən 35-ni, Nümayəndələr Palatasının isə bütün 435 üzvünü seçirlər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu