"Qalatasaray" "Ştutqart"ı 2:0 hesabı ilə məğlub etdi



Çempionlar Liqasının 4-cü turunda "Qalatasaray" doğma meydanda Almaniyanın "Ştutqart" komandasını 2:0 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.

AFN.az xəbər verir ki, "Qalatasaray"a qələbə qazandıran qolları Aleksey Batrakov 12-ci və 15-ci dəqiqələrdə vurub. Uğurcan Çakır matç ərzində etdiyi mühüm seyvlərlə qələbədə əhəmiyyətli rol oynayıb.

21 yaşlı rusiyalı futbolçu Aleksey Batrakov "Qalatasaray" – "Ştutqart" matçının ən yaxşı oyunçusu seçilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu