ABŞ Avropa müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik təminatlarını müzakirə edəcək
ABŞ bu həftə Brüsseldə NATO müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi və münaqişə başa çatdıqdan sonra Avropada təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərini müzakirə edəcək.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın danışıqlar aparan nümayəndələri bu həftə Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Avropa İttifaqı və NATO təmsilçiləri ilə görüşəcəklər. Məsləhətləşmələrdə Ukrayna üçün təhlükəsizlik təminatları, müharibədən sonrakı Avropanın təhlükəsizlik arxitekturası, eləcə də Ukraynanın bərpasına dəstək məqsədilə iqtisadi imkanlar müzakirə olunacaq.
Uitkoff bildirib ki, Vaşinqton Kiyev, Oslo və Sankt-Peterburqda əldə edilmiş nəticələri inkişaf etdirərək gələcək nəsillər üçün uzunmüddətli təhlükəsizliyi təmin edəcək hərtərəfli və davamlı sülh razılaşmasına nail olmağa ümid edir.
