Peskov Rusiyanın TDT-yə qoşulmasını mümkün sayıb



Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakına dair açıqlama verib.

AFN.az xəbər verir ki, Peskov Rusiyanın təşkilatın fəaliyyətində yer almasının məntiqli olacağını bildirərək, məsələnin Qazaxıstanla keçiriləcək təmaslarda gündəmə gətirilə biləcəyini deyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın da təşkilata qoşulması istiqamətində addımlar atılmalı olduğuna dair açıqlamasını şərh edən Peskov Rusiyanın TDT-nin fəaliyyətində iştirak etməsinin məntiqli olacağını ifadə edib.

Rusiyada türk mənşəli xalqların yaşadığı çoxsaylı bölgələrin olduğunu diqqətə çatdıran Peskov bildirib ki, söhbət Rusiyanın müəyyən bölgələrinin deyil, bütövlükdə Rusiyanın təşkilata qoşulmasından gedir.

Peskov məsələ ilə bağlı hələ rəsmi dəvət almadıqlarını qeyd edərək, mövzunun Qazaxıstanla keçiriləcək təmaslarda müzakirəyə çıxarılacağını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu