Peskov: Nüvə doktrinası üzərində iş gedir
NATO-nun hərəkətlərinə cavab olaraq Rusiyanın nüvə doktrinasının korreksiyası ətrafında müzakirələr davam edir.
AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib. Peskovun sözlərinə görə, iş gedir, lakin nüvə qarşısının alınması mümkün olan yeganə məsələ deyil.
“Nüvə doktrinası üzərində iş gedir, bu müzakirələr həqiqətən gedir, ekspertlər onları müzakirə edirlər, lakin bu, yeganə çəkindirmə üsulu deyil”, - Peskov əlavə edib.