ABŞ prezidenti İran əməliyyatının xərcini Venesuela gəliri ilə müqayisə edib


ABŞ prezidenti Donald Tramp İranla hərbi əməliyyata xərclənən 30 milyard dolları “cüzi məbləğ” hesab etdiyini bildirib.

AFN.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının efirində danışıb.

“İrana qarşı müharibəyə xərclənən 30 milyard dollardan danışan çox axmaq bir konqresmeni dinlədim. Bu, əhəmiyyətsiz məbləğdir, çünki Venesueladan bunun dəfələrlə çoxunu qazanmışıq”, - deyə ABŞ lideri bildirib.

Trampın iddiasına görə, ABŞ İranla münaqişədə güclü mövqedən çıxış edir və tərəflərin razılaşma əldə etməsi üçün “çox yaxşı şanslar” var.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu