ABŞ-ı üçtərəfli danışıqlarda Uitkoff və Kuşner təmsil edə bilər
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda Vaşinqtonu təmsil edəcəyi gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərindən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Uitkoff və Kuşnerin Əbu-Dabidə ABŞ nümayəndələri kimi iştirak etməsi gözlənilir.
Bundan əvvəl Uitkoff “X” sosial şəbəkəsində Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı işçi qrupları səviyyəsində məsləhətləşmələrin noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcəyini açıqlamışdı. Lakin o, danışıqlarda kimin iştirak edəcəyini dəqiqləşdirməmişdi.
