Tramp Cenevrə danışıqlarının asan keçəcəyini düşünür


ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması üzrə Cenevrədə keçiriləcək üçtərəfli danışıqları mühüm adlandırıb və bu prosesin asan keçəcəyinə əminliyini ifadə edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bunu jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəli, bunlar böyük danışıqlardır. Amma hər şey çox sadə olacaq" - deyə ABŞ prezidenti vurğulayıb.

Fevralın 17-18-də keçiriləcək bu görüşlər yanvar və fevral aylarında Əbu-Dabidə baş tutan məsləhətləşmələrin davamıdır. Məqsəd tərəflər arasında sülh üçün çərçivə prinsiplərini razılaşdırmaqdır.

Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edir, ABŞ tərəfindən isə danışıqlarda xüsusi elçi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu