ABŞ İranın Kişm adasına zərbə endirib
ABŞ hərbçiləri noyabrın 1-də İranın Kişm adasına zərbə endirib.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ hərbçiləri artıq bir neçə həftədir İrana qarşı məhdudmiqyaslı zərbələr endirirlər. ABŞ administrasiyasının adları açıqlanmayan rəsmiləri bu hücumları müdafiə xarakterli kimi qiymətləndirirlər.
Qəzet qeyd edir ki, Vaşinqton genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğu barədə siqnal verməmək üçün bu zərbələri ictimaiyyətə açıqlamamağa çalışır.

