ABŞ qırıcı təyyarəsi Kişm adasında raket qurğusunu məhv edib



ABŞ İranın Kişm adasına zərbə endirərək raket buraxılış qurğusunu məhv edib.

AFN.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri və İsrailin 12-ci telekanalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində paylaşım edib.

Onun iddiasına görə, bazar ertəsi gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kişm adasından Hörmüz boğazı üzərindəki ABŞ-a məxsus uçuş aparatına raket buraxıb. Bundan sonra ABŞ qırıcısı özünümüdafiə məqsədilə yerdəki raket buraxılış qurğusunu məhv edib. Jurnalist hücuma məruz qaldığı iddia edilən Amerika uçuş aparatının hansı növ olduğunu açıqlamayıb.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti də ABŞ-ın noyabrın 2-də Kişm adasına zərbə endirdiyini yazıb. Nəşrin məlumatına görə, Vaşinqton artıq bir neçə həftədir İrana qarşı kiçikmiqyaslı zərbələr həyata keçirir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu