İran ABŞ bazalarını bombaladı: təyyarə məhv edildi - VİDEO




İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri İraqdakı hərbi bazaya azı 35 zərbə endirib.



Qaynarinfo xəbər verir ki, bu barədə isə "Tasnim” agentliyi xəbər verib.

Raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edilib.

Qeyd edək ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu