ABŞ Suriyada iranpərəst qruplara hava zərbələri endirib


ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar Suriyada iranpərəst qruplara qarşı iki hava hücumu həyata keçirib.


Qeyd olunur ki, zərbələr Suriya və İraqda Amerika hərbçilərinə qarşı silsilə hücumlara cavab olaraq endirilib.

ABŞ qüvvələri Deyr əz-Zor əyalətinin Əbu Kamal şəhəri yaxınlığındakı təlim mərkəzinə və İraq sərhədi yaxınlığında yerləşən Mayadin şəhəri yaxınlığındakı obyektə zərbələr endirib. ABŞ Ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ya ona bağlı qrupların üzvlərinin zərbələr nəticəsində öldüyünü və ya yaralandığını araşdırır.

Ostin ABŞ prezidenti Co Baydenin zərbələr barədə əmr verdiyini təsdiqləyib. "Prezidentin Amerika hərbçilərinin təhlükəsizliyindən üstün prioriteti yoxdur və o, bugünkü hərəkətlərilə (raket zərbələri) ABŞ-ın özünü, hərbçilərini və maraqlarını qoruyacağına dair mesaj göndərmək əmrini verdi", - Ostin bəyanatında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu