Bayden Konqresə İranın dəstəklədiyi qruplara qarşı hücumlar barədə məlumat verib


ABŞ prezidenti Co Bayden İraq və Suriyada İranın dəstəklədiyi qruplara qarşı hücumlar barədə Konqresə məlumat verib.



Bayden açıqlamasında İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı milis qruplarının ölkəsinin İraq və Suriyadakı bazalarına hücumlar həyata keçirdiyini bildirib və “Bu əvvəlki hücumlara və gələcək hücum təhlükəsinə cavab olaraq, mənim təlimatıma əsasən, ABŞ qüvvələri İraq və Suriyadakı SEPAH və ona bağlı qruplara qarşı hücumlar həyata keçirib." deyə vurğulayıb.

Bu hücumları ölkənin milli təhlükəsizliyi və xarici siyasət maraqlarını inkişaf etdirmək üçün həyata keçirdiklərini bildirən Bayden İraq və Suriyada beynəlxalq hüquqa riayət edərək özünümüdafiə hüquqlarından istifadə etdiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu