ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları PUA-ların hücumuna məruz qalıb


ABŞ-ın İraq və Suriyadakı üç hərbi bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Hücumlar İraq və Suriyada ABŞ hərbçilərinin olduğu üç hərbi bazaya həyata keçirilib.


Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilir ki, İraqın Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd bazası pilotsuz təyyarələrin köməyi ilə azı iki dəfə hücuma məruz qalıb və pilotsuz təyyarədən istifadə etməklə növbəti hücum ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi obyektinə edilib. Bu hücumların arxasında kimin ola biləcəyi barədə məlumat verilmir. Bundan əlavə, telekanalın mənbələrinə görə, İraq İslam Müqavimətinə aid silahlı şiə birləşmələri İraq Kürdüstanının (İraqın şimalındakı muxtar bölgə) Ərbil şəhərinin inzibati mərkəzinin şimalında yerləşən bazanı atəşə tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu