ABŞ-ın Suriyadakı daha bir bazasına hücum edildi


ABŞ-ın Suriyadakı Əl -Şəddadi bazası dronlarla hücuma məruz qalıb.



AFN.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb .

Əl-Şəddadi bazası Suriyanın şimal-şərqində, Həsəkə vilayətində yerləşir.

Bildirilir ki, zərbə “müqavimət qüvvələri” tərəfindən həyata keçirilib və onlar kanalın əməkdaşlarına nəzərdə tutulan hədəflərin vurulduğunu bildiriblər.

Bundan əvvəl Al Mayadeen telekanalı ABŞ-ın Suriyadakı bazasına 15 raketlə hücum edildiyini xəbər vermişdi. Baza Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko neft yatağında yerləşir. Ümumilikdə ABŞ-ın Suriya Ərəb Respublikasında 24 bazası var.

Oktyabrın 27-də ABŞ prezidenti Co Bayden ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq Suriyadakı İran hədəflərinə zərbə endirmək əmri verib.

Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken ABŞ-ın İranla müharibə istəmədiyini, lakin amerikalılara hücum olarsa, cavab verəcəyini vurğulayıb .



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu