Suriyadakı ABŞ bazasına kamikadze dronlarla hücum olub


Suriyanın cənubunda ABŞ əsgərlərinin yerləşdiyi Əl-Tənif bazasına kamikadze dronlarla hücumun təşkil edilib.


AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada bildirilir. Açıqlamada qeyd edilir ki, bu səhər Suriyada Əl Tanif Qarnizonuna 3 birdəfəlik pilotsuz təyyarə hücum edib. "İki pilotsuz təyyarə Koalisiya Qüvvələri tərəfindən vurulub, biri isə bazanı vurub. İki Suriya Azad Ordusu üzvü yaralanıb və müalicəsi davam etdirilir. ABŞ əsgərləri tərəfindən heç kim xəsarət almayıb” - deyə açıqlamada bildirilir.

CENTCOM-un sözçüsü polkovnik Co Buccino açıqlamasında, "Bu cür hücumlar qəbuledilməzdir. Onlar əsgərlərimizi və tərəfdaşlarımızı riskə ataraq İŞID-la mübarizəni təhlükə altına qoyur" - deyə qeyd edib. Açıqlamada hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

Əl Tanif bazası ABŞ əsgərlərinin müxalif qrupla əməkdaşlıq etdiyi Suriya-İraq-İordaniya sərhədinin kəsişməsində yerləşir. Baza əvvəllər dəfələrlə dron və raketlərlə hücuma məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu