İran: Regiondakı müqavimət qüvvələri öz qərar və hərəkətlərində İrandan göstəriş almırlar


İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani bildirib ki, Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumla bağlı bölgədəki “müqavimət qrupları” İrandan təlimat almayıb.


Kenaninin məsələ ilə bağlı yazılı açıqlaması İran Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Diplomat açıqlamasında "Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır" - deyə qeyd edib.

Tehran rəhbərliyinin münaqişələrin bölgəyə sıçramasını istəmədiyini qeyd edən Kenani, məsələ ilə bağlı ölkəsinə qarşı irəli sürülən iddiaların arxasında ABŞ-ı bölgədə müharibəyə çəkmək istəyənlərin olduğunu bildirib.

Dünən Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 34 nəfərin yaralandığını bildirib.

İordaniya hökuməti ABŞ qüvvələrinə hücumun ölkə ərazisində deyil, Suriya sərhədindəki Tenef bazasında həyata keçirildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu