Bayden İordaniyadakı hücuma necə cavab verəcəyinə qərar verdi
ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki bazaya pilotsuz təyyarə ilə hücuma necə cavab verəcəyinə qərar verib.
Bayden Floridaya getməzdən əvvəl açıqlama verib, lakin ABŞ prezidenti qərarın təfərrüatlarını bölüşməyib.
Co Bayden açıqlamasında Yaxın Şərqdə geniş müharibəyə ehtiyac olmadığını vurğulayıb.
Xatırladaq ki, İordaniya-Suriya sərhədindəki “Qüllə 22” bazasına edilən hücumda 3 ABŞ əsgərinin öldüyü, ən azı 34 nəfərin yaralandığı açıqlanıb.
ABŞ hücuma görə İranın dəstəklədiyi silahlıları günahlandırıb.