İran istənilən hücuma qətiyyətli cavab verəcəyini açıqladı


İran ərazisi, maraqları və ya vətəndaşlarını hədəf alan istənilən hücuma qəti cavab verəcəyini açıqlayıb.



İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi ABŞ-ın son 2 gündə vasitəçilər vasitəsilə İrana müxtəlif mesajlar göndərdiyi xəbəri ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada deyilir:

"Belə mesajların mübadiləsi olmayıb. Digər tərəfdən, İranın əsas siyasəti budur ki, hər hansı bir tərəf İran ərazisinə və ya onun maraqlarına və ya İran sərhədlərindən kənarda vətəndaşlarına hücum edərsə, qəti və sərt cavab verəcək".

İranın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatı ABŞ prezidenti Co Baydenin İordaniya-Suriya sərhədində ABŞ əsgərlərinin ölümünə səbəb olan pilotsuz təyyarə hücumuna İrana bağlı iraqlı qruplara cavab verəcəklərini elan etməsindən sonra gəlib.

Yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz təyyarə ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri ölüb, 40-dan çox əsgər yaralanıb.

ABŞ rəsmiləri, xüsusilə Bayden İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib.

İran sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, bölgədəki müqavimət qüvvələrinin qərar və hərəkətlərində İrandan təlimat almadığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu