Böyük Britaniya və ABŞ-dan İrana qarşı yeni sanksiyalar
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar elan ediblər. Sanksiyalar İranda PUA istehsalı və sınaqları ilə məşğul olan 16 şəxs və 2 qurumu hədəf alır.
ABŞ və Böyük Britaniya İsrailə qarşı revanş hücumuna cavab olaraq İranın hərbi PUA proqramına qarşı geniş sanksiyalar elan ediblər.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisindən (OFAC) verilən açıqlamada İranın PUA istehsalına dəstək verən 16 şəxs və 2 təşkilatın sanksiya siyahısına daxil edildiyi bildirilib.
Açıqlamada sanksiya siyahısına İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin PUA istehsal edən qolu olan "Kimia Part Sivan Company" (KİPAS) və İranın ən böyük polad istehsalçılarından biri olan "Xuzistan Steel Company"nin daxil olduğu bildirilib.
Açıqlamada İngiltərənin də eyni vaxtda İrana qarşı sanksiyalar tətbiq etdiyi, İngiltərənin İranın PUA və ballistik raket sənayesi ilə məşğul olan müxtəlif hərbi təşkilatları, fiziki və hüquqi şəxsləri hədəf aldığı bildirilib.