İran Prezidenti: Qüvvələrimiz İsrailə dərs verdi


İran prezidenti Seyid İbrahim Rəisi İranın İsrail ərazisinə endirdiyi zərbələrlə bağlı bəyanat verib.


“Mehr” xəbər verir ki, Rəisi açıqlamasında "Sepahın çalışqan qüvvələri sionist düşmənə dərs verib" - deyə bildirib.

“İran xalqının maraqlarına qarşı yönəlmiş istənilən yeni avantüranın daha sərt və daha təəssüf doğuran cavabı ilə qarşılaşacağını vurğulayıram”, - Prezident Rəisi bəyanatda ​​qeyd edib.

Aprelin 14-nə keçən gecə İsrailin aprelin əvvəlində İranın Dəməşqdəki konsulluğuna endirdiyi və 7 iranlı SEPAH hərbi müşavirinin ölümünə səbəb olan hava hücumuna cavab olaraq İran İsrailə pilotsuz təyyarə və raket zərbəsi endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu