Rusiya: İran və İsraili təmkinlə davranmağa çağırırıq
Rusiya Xarici İşlər Nazirliyi İranın İsrailə endirdiyi hava zərbələri ilə bağlı bütün əlaqədar tərəfləri təmkinli davranmağa çağırıb və region dövlətlərinin mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklərinə ümid etdiklərini bildirib.
Nazirlik İranın ötən gecə İsrailə qarşı raket və pilotsuz uçuş aparatı hücumları ilə bağlı açıqlama verib.
Bəyanatda xatırladılıb ki, İran bu hücumları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində və Dəməşqdəki səfirliyinə edilən hücumlara cavab olaraq həyata keçirib.
Bəyanatda Rusiyanın regionda gərginliyin növbəti təhlükəli artmasından çox narahat olduğu vurğulanıb və məsuliyyətsiz hərəkətlər nəticəsində yaranan böhranların Yaxın Şərqdə, xüsusilə Fələstin-İsrail münaqişəsi bölgəsində gərginliyi artıracağı qeyd edilib.