Braziliya HƏMAS-ın İsrailə hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq
Braziliyanın Xarici İşlər Nazirliyi HƏMAS-ın İsrailə hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını çağıracağını bildirib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliya açıq bəyanatda hücumları pisləyib və İsrail xalqı ilə həmrəy olduğunu bildirib.
Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin Fələstin və İsrailin qarşılıqlı razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində birgə mövcud olduğu “iki dövlətli həll”ə sadiqlik bir daha vurğulanıb.