Rusiya Yəmənə hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir


Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) bu gün ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı təcili iclas keçirməsini tələb edib.


Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin sosial media hesabından verilən açıqlamada bildirilir ki, Rusiya ABŞ və İngiltərənin Yəmənə hücumları ilə bağlı 12 yanvarda BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava zərbələri endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu