İordaniya: "Qırmızı dənizdəki hadisələri böyük narahatlıqla izləyirik"
İordaniya Qırmızı dənizdə həyata keçirilən hərbi əməliyyatların və Yəməndəki nöqtələrə endirilən hava hücumlarının böyük narahatlıqla izləndiyini bildirib.
Xarici işlər naziri Ayman əs-Safedinin ölkənin rəsmi xəbər agentliyi Petra-da dərc olunan bəyanatında, "İordaniya Qırmızı dənizdəki hadisələri və onun ümumilikdə regional təhlükəsizliyə təsirini böyük narahatlıqla izləyir" ifadəsini işlədib.
Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətin İsrailin hücumlarını dayandırmaqda aciz olduğuna diqqət çəkilərək, baş nazir Binyamin Netanyahu başda olmaqla İsrail hökumətinin bütün bölgəni müharibəyə cəlb etməyə çalışdığı bildirilib.
Qeyd edək ki, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava zərbələri endirib.