ABŞ Husilərə qarşı yeni hücuma keçib
ABŞ Husilərə qarşı yeni hücuma keçib.
CNN-in ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbərdə Husilərin istifadə etdiyi radar obyektini hədəf alan yeni hücumun əvvəlkindən daha kiçik olduğu və ABŞ tərəfindən birtərəfli qaydada həyata keçirildiyi bildirilib.
Husilərə bağlı Əl-Mesira kanalının xəbərində ABŞ və İngiltərə tərəfindən paytaxt Sənaya bir sıra hava zərbələri endirildiyi bildirilib.
ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri ötən gecə Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi məntəqələrə hava zərbələri endirib.