ABŞ-Britaniya döyüş təyyarələrinin Yəmənə hücumları şiddətli partlayışlara səbəb olub


ABŞ və Britaniya döyüş təyyarələrinin Yəmənə hava zərbələri şiddətli partlayışlara və böyük yanğınlara səbəb olub.


Sana beynəlxalq hava limanı yaxınlığındakı Ed-Daylami aviabazasında yanğın baş verib və qatı tüstünün yüksəldiyi müşahidə edilib.

Husilərin Ruhani İrşad Departamentinin müdir müavini Abdullah bin Amir X sosial media platformasında verdiyi açıqlamada ABŞ-İngiltərə hücumlarında Ed-Daylami Hava Bazasının hədəf alındığını və bunun yanğına səbəb olduğu bildirilir.

Bin Amir yanğının qısa müddətdə söndürüldüyünü və heç bir dağıntının olmadığını bildirib.

Husilərə məxsus "Əl-Mesira" televiziyası ABŞ-ın Yəmənin paytaxtı Sənaya da hücum etdiyini bildirib.

Husilərə bağlı SABA xəbər agentliyinin məlumatına görə, Amerika və Britaniya təyyarələri paytaxt Səna ilə yanaşı, Hudeyda, Səada və Zimar şəhərlərinə hücumlar həyata keçirib.

ABŞ prezidenti Co Bayden Amerika və Britaniya ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb.

Böyük Britaniya və ABŞ-ın dəniz ticarətini təmin etmək məqsədilə Yəmənə hücumlarından sonra husilər İsrail gəmilərini hədəfə almağa davam edəcəklərini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu