Husilər: "ABŞ və İngiltərə Hudeydada 3 bölgəyə hücum etdi"


Yəməndə İranın dəstəklədiyi husilər ölkənin qərbindəki Hudeydə əyalətinin sahil hissəsindəki 3 rayonun ABŞ və Böyük Britaniyanın hücumuna məruz qaldığını açıqlayıb.



Husilərə bağlı Əl-Mesirah televiziyasında yayımlanan xəbərdə Hudeydanın Dureyhimi rayonunun Taif bölgəsinə iki hücumun təşkil edildiyi bildirilib.

Xəbərdə Hudeydedə Kusib və Cebbane bölgələrinə qarşı çoxlu hücumların təşkil edildiyi, hücumların ABŞ və İngiltərə tərəfindən həyata keçirildiyi qeyd edilib.

Yəmən mətbuatının məlumatına görə, Kusib bölgəsində husilərə aid dəniz bazası və Cebbanedə hava bazası var.

Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hudeyda ölkənin 3 mühüm limanına malik olmaqla yanaşı, uzun sahil xəttinə malik olması ilə də əhəmiyyətlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu