Husilər: "ABŞ və Böyük Britaniya Hudeydaya 6 hava zərbəsi endirib"


Yəməndəki husilər ABŞ və Böyük Britaniyanın hava qüvvələrinin eyni gündə sahildəki Hudeydə şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.



Husilərə bağlı əl-Mesirah televiziyasında yayımlanan xəbərdə ABŞ və İngiltərə hava qüvvələrinin Hudeydanın Dureyhimi rayonuna hava hücumu təşkil etdiyi bildirilib.

Dureyhiminin Taif bölgəsinə hava hücumu edildiyini bildirən xəbərlərdə hücum nəticəsində ölən və yaralananlarla bağlı təfərrüat verilməyib.

Hudeyde əl-Kubbane bölgəsində 2, şəhərin şimalındakı əl-Zəhra bölgəsində isə 3 hücum təşkil edildiyini bildirən husilər, bu hücumla eyni bölgədə bir yerdə 6 hücumun həyata keçirildiyini qeyd ediblər.

Məsələ ilə bağlı ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.

Husilər gecə saatlarında ölkənin cənubunda Ədən körfəzində Britaniyaya məxsus LYCAVITOS gəmisini vurduqlarını açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu