Husilər: ABŞ və Britaniya qüvvələri Hudeydə şəhərinə hücum edib
Yəməndəki husilər ABŞ və Böyük Britaniyanın hava qüvvələrinin sahildəki Hudeyda şəhərinə hücum etdiyini açıqlayıb.
Husilərə bağlı "Əl-Mesirah" televiziyasında yayımlanan xəbərdə ABŞ və İngiltərə qüvvələrinin Hudeydanın Es-Salif bölgəsinə hava hücumu təşkil etdiyi qeyd edilib.
Xəbərdə Es-Salifin Ra's Isa bölgəsini hədəf alan hücum nəticəsində ölən və yaralananlarla bağlı təfərrüatlar yer almayıb.
Məsələ ilə bağlı ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.