ABŞ-ın BMT Təhlükəsizlik Şurasında HƏMAS-ı qınamaq tələbi cavabsız qalıb


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında ABŞ-ın HƏMAS-ı qınamaq çağırışlarının cavabsız qaldığı açıqlanıb.


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası HƏMAS Hərəkatının 7 oktyabr şənbə günü başlatdığı hücumlarla bağlı dünən iclas keçirib.

Qapalı keçirilən görüşdən sonra nümayəndələr jurnalistlərə açıqlama veriblər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, HƏMAS-ın hücumları iclasda bir çox üzv tərəfindən pislənib, lakin Şura üzvlərinin hamısı bu qınağı dəstəkləməyib.

Vud, görüşdə ABŞ-ın diqqətinin HƏMAS-ı qınamaq olduğunu ifadə edərək, HƏMAS-ın "İsrail xalqına qarşı terror hücumlarını ən qısa zamanda dayandırması" lazım olduğunu vurğulayıb.

İsrail və Fələstin arasında iki dövlətli həllin vacib olub-olmaması ilə bağlı suala Vud belə cavab verib: "Bunun üçün vaxt olacaq. Hazırda biz Həmas-ın girov götürməsi və hücumları ilə məşğul olmalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu