"Starshield" problemi Ukrayna ordusunun əməliyyatlarına təsir edib - media


"Starshield" peyk rabitə sisteminin işinə tətbiq edilən məhdudiyyətlər Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarında ciddi itkilərə və bəzi hərbi əməliyyatların ləğvinə səbəb olub.

AFN.az xəbər verir ki, bu barədə “Kyiv Independent” nəşri yüksək rütbəli ukraynalı hərbçilərə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, məhdudiyyətlər Ukrayna ordusunun orta mənzilli FP-2 zərbə dronlarının fəaliyyətinə ciddi təsir göstərib. Onun sözlərinə görə, "Starshield" sisteminin işindəki problemlər bəzi əməliyyatlar zamanı pilotsuz aparatların son dərəcə yüksək itkilərinə səbəb olub, digər əməliyyatlar isə ümumiyyətlə ləğv edilib.

Ukrayna hərbi rəhbərliyinin digər yüksək vəzifəli nümayəndəsi sistemin fəaliyyətinə məhdudiyyət qoyulmasını siyasi qərar adlandırıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də "Starshield" sisteminə çıxışla bağlı problemlərin Ukrayna ordusunun düşmən dronlarını ələ keçirməsinə mane olduğunu bildirmişdi. Noyabrın ortalarında Zelenski Ukrayna hərbçilərinin beş gün ərzində "Starshield" sistemindən istifadəsinin məhdudlaşdırıldığını iddia etmişdi.

Oktyabr ayında da Kiyev sistemin işində sürət məhdudiyyətlərinin tətbiqindən narazılığını ifadə etmişdi. ABŞ Prezidenti Donald Tramp isə Ukraynada "Starlink" peyk rabitə sisteminə çıxışın məhdudlaşdırılmasından xəbərdar olmadığını söyləmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu