"Starshield" problemi həllini tapmayıb – Ukrayna rəsmisi
Ukraynada "Starshield" peyk rabitə sisteminin fəaliyyətinə qoyulan məhdudiyyətlər qüvvədə qalır və problem hələ də həllini tapmayıb.
AFN.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı müvəqqəti işlər vəkili Denis Senik açıqlayıb.
Diplomat X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Ukraynada "Starshield" sisteminə tətbiq edilən məhdudiyyətlər qeyri-müəyyən vəziyyət yaradıb. Onun sözlərinə görə, məsələdə maraqlı olan əsas tərəflərdən heç biri bu qərarın kim tərəfindən qəbul edildiyini müəyyənləşdirə bilməyib.
Senik vurğulayıb ki, Ukrayna belə strateji əhəmiyyətli sistemin fəaliyyətindəki nasazlığı adi insident kimi qiymətləndirib unutmaq imkanına malik deyil. Onun fikrincə, "Starshield"ə qoyulan məhdudiyyətlər Kiyev üçün ciddi risklər və ağır nəticələr yaradır.
