Brent markalı neftin qiyməti 86,15 dollara enib
Brent markalı xam neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyasının yekun göstəricisi ilə müqayisədə 0,61 faiz azalaraq 86,15 dollara düşüb.
AFN.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:44-ə olan məlumata görə, yanvar fyuçersləri üzrə Brent neftinin qiyməti əvvəlki günü 86,68 dollarla başa vurub.
Ötən gün Brent neftinin bir barelinin qiyməti 90,51 dollara qədər yüksəlmişdi.
Həmin vaxt Qərbi Texas markalı (WTI) xam neftin yanvar fyuçersləri üzrə bir barelinin qiyməti 79,62 dollar təşkil edib.
Texniki təhlilə əsasən, Brent nefti üçün 87 dollar müqavimət, 85,42 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
