Jensen Huang yenidən "Nvidia"nın CEO-su təyin olundu
ABŞ-ın çip istehsalçısı "Nvidia" Jensen Huangın yenidən şirkətin baş icraçı direktoru (CEO) və Direktorlar Şurasının sədri vəzifəsinə təyin edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, şirkətin sabiq rəhbəri Çinli iş adamı Alice Huang ilə yaşadığı iddia edilən münasibətlə bağlı xəbərlərdən sonra vəzifəsindən ayrılmışdı.
Şirkətin qəbul etdiyi qərara əsasən, Jensen Huang "Nvidia"nın ali rəhbərliyindəki vəzifələrini yenidən icra edəcək.
Huang şirkətin süni intellekt və yarımkeçirici texnologiyalar sahəsində strateji fəaliyyətinə rəhbərlik etməyi davam etdirəcək.

