Nvidia CEO-su süni intellektin bəşəriyyəti məhv edə biləcəyi iddialarını “qiyamət ssenariləri” adlandırıb



ABŞ-ın çip istehsalçısı Nvidia şirkətinin baş icraçı direktoru (CEO) Jensen Huang süni intellektin yaxın illərdə bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ilə bağlı iddiaları “qiyamət ssenariləri” adlandıraraq bu proqnozların elmi əsasa söykənmədiyini bildirib.

AFN.az xəbər verir ki, Huang CBS News-a müsahibəsində bəzi süni intellekt tədqiqatçılarının texnologiyanın 2030-cu ilə qədər bəşəriyyətin sonunu gətirə biləcəyi ilə bağlı qiymətləndirmələrinə münasibət bildirərək “2030-cu il dünyanın sonu olmayacaq. Bunun dünyanın sonu olma ehtimalı 0 faizdir” ifadələrini işlədib.

Bu cür fikirləri “qiyamət ssenariləri” kimi xarakterizə edən Huang sözügedən proqnozların elmə əsaslanmadığını bildirərək bu xəbərdarlıqları rədd edib.

Huang süni intellekt hazırlayan şirkətlər üzərində nəzarətin artırılmasına dair çağırışlarla bağlı yeni tənzimləmələrə ehtiyac olmadığını və ABŞ-da mövcud tədbirlərin kifayət etdiyini müdafiə edib.

ABŞ ilə Çin arasındakı süni intellekt rəqabətinə də toxunan Huang Amerika texnologiyalarının Çinə satışına qoyulan qadağalara qarşı olduğunu bildirib.

Huang məlumat mərkəzlərinin genişlənməsinə dair ictimai reaksiyalarla bağlı isə “Sizinlə danışmaq üçün daha tez gəlmədiyimizə görə üzr istəyirik” deyə cavab verib.

OpenAI və Anthropic şirkətlərində son üç il ərzində tədqiqatçı kimi çalışan Ceykob Koksan hər iki şirkətin süni intellekt məsələsində kifayət qədər məsuliyyətli davranmadığını müdafiə edərək Anthropic-dən istefa verib.

Şirkətlərin özünü inkişaf etdirə bilən süni intellekt sistemləri yaratmaq üçün nəzarətsiz yarış içində olduğunu irəli sürən Koksan bu sistemlərin yaxın gələcəkdə hər şeyi sındıra biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini iddia edib.

Koksan həmçinin süni intellekt modellərini inkişaf etdirən bəzi sektor əməkdaşlarının bu sistemlərin 10 il ərzində bəşəriyyəti öldürə biləcəyinə ciddi şəkildə inandıqlarını irəli sürüb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu